“Fənərbaxça”nın portuqaliyalı ulduzu Türkiyə millisinin formasını geyinəcək?

“Fənərbaxça”nın portuqaliyalı ulduzu Türkiyə millisinin formasını geyinəcək?

Türkiyə yığmasının alman məşqçisi Kuntz portuqaliyalı ulduz Kresponun millidə oynaması ilə bağlı suallara açıqlama verib. 

 

Sfera.az Türkiyə mətbuatına istinadən bildirir ki, "Fənərbağça"nın portuqaliyalı yarımmüdafiəçisi Krespo özü "Türkiyə Milli Komandasından təklif gəlsə, mən onu ələ keçirəcəyəm" deyə açıqlama verib. 

 

“Oturub ailəmlə birlikdə dəyərləndirməliyəm”-deyə futbolçu bildirib.

 

"Fənərbağça"nın portuqaliyalı futbolçusu Kresponun sözlərinə cavab verən alman məşqçi Migel Kresponun millidə oynama ehtimalına münasibət bildirib.

 

"Fənərbaxça"nın 26 yaşlı portuqaliyalı futbolçusu Krespo ötən günlərdə "Portuqaliya Milli Komandası ilə Dünya Çempionatına gedə bilmədiyim üçün məyus olmadım. Çoxlu Portuqaliyalı oyunçu var, bir gün çağırılmaq üçün işləməyə davam edəcəyəm" deyib. 

 

"Ailəmlə oturub qiymət verməliyəm. Kiçik yaşlarımdan Portuqaliya Millisində oynamaq arzusu ilə böyümüşəm, amma təklif gəlsə, təbii ki, şad olaram. Təklif Türkiyə Milli Komandasından gəldi. Ailəmlə birlikdə bu barədə düşünməliyəm”-deyə futbolçu öz təəssüratlarını bölüşüb.

 

O, təklif gələrsə, Türkiyə Milli Komandasında oynaya biləcəyini açıqlayıb.

 

Mətbuata açıqlama verən Milli Komandanın almaniyalı baş məşqçisi Kuntz isə “Vaxtı gəlsə, Türkiyə vətəndaşı olsa, bu məsələ ilə bağlı fikirləşə bilərik” deyib. Kuntzun Krespo ilə bağlı açıqlaması portuqaliyalı ulduza "yaşıl işıq" kimi şərh edilib.

 

Qeyd edək ki, azarkeşlərin səsverməsi ilə Türkiyədə son iki ayın oyunçusu seçilən Migel Krespo bu mövsüm "Fənərbaxça"nın heyətində 20 matça çıxıb və komandasına 2 qol və 2 məhsuldar ötürmə verib.

 

Kuntz “Fənərbağça"nın portuqaliyalı məşqçisi Jesusdan da söz açıb:

 

"Ümumilikdə məşqçilərlə çox yaxşı münasibətimiz var. Onların etdiklərini çox bəyənirəm. Jesus ilə daha çox tanış olmağımın səbəblərindən biri də hazırkı heyətə "Fənərbaxça"dan daha çox futbolçunun qoşulmasıdır. Burada qeyd etmək istədiyim bir məsələ də var. Bu müddət ərzində klubların bizə oyunçu göndərmə məcburiyyəti yoxdur. Amma bu məsələ ilə bağlı heç bir tələb və kapriz olmadı.Hər kəs göndərdi.Bu baxımdan çox sağ olun.Avropa klublarında bu bir az fərqli idi.Yorğun oyunçular üçün bir matça dəvət almamaq kimi müraciətlər çox olurdu. Bu mövzuda Türkiyədəki klublara təşəkkür edirik" deyib.

 

Aysel


OXŞAR XƏBƏRLƏR