Logo

"Artıq bütün diqqətimi milli komandaya yönəldəcəyəm" - Renat Dadaşov

"Artıq bütün diqqətimi milli komandaya yönəldəcəyəm" - Renat Dadaşov
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Matça ciddi hazırlaşmışdıq. Çətin dönəmdən sonra qələbəyə inanmaqdan əl çəkmədik. Qol vurduğum üçün xoşbəxtəm. Artıq bütün diqqətimi milli komandaya yönəldəcəyəm".

Sfera.az-ın məlumatına görə, bunu Azərbaycan millisinin və "Qrasshopper" klubunun futbolçusu Renat Dadaşov evdə "Bazel"ə 1:0 hesabı ilə qalib gəldikləri İsveçrə Super Liqasının XVI tur oyunundan sonra yerli mətbuata açıqlamasında deyib.

Görüşdəki yeganə qolun müəllifi olan 23 yaşlı hücumçu komanda şəklində yaxşı müdafiə olunduqlarını bildirib: "Hər oyuna mübarizə aparmaq üçün çıxırıq. Ən vacib matçlarımızdan biri bu idi. Qarşılaşmanın əhəmiyyətini dərk edirdik və məhz bu səbəbdən 3 xal qazandıq".

Forvardın sözlərinə görə, mövsümün ilk yarısında çoxlu eniş-yoxuş olsa da, 20 xal toplamağı bacarıblar: "Nə yuxarıdayıq, nə də aşağıda. İndi beynimizi təmizləmək və dekabrda yenidən tam gücümüzlə işləmək vaxtıdır".

Qeyd edək ki, Renat Dadaşov "Bazel"lə oyunun 34-cü dəqiqəsində fərlqənib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR