Logo

İki taekvondoçumuz Avropa çempionu oldu

İki taekvondoçumuz Avropa çempionu oldu
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Rumıniyanın paytaxtı Buxarestdə taekvondo üzrə keçirilən kiçikyaşlı yeniyetmələr arasında Avropa birinciliyi başa çatıb.

Taekvondo Federasiyasından Sfera.az-a verilən məlumata görə, yarış Azərbaycan idmançıları üçün uğurlu alınıb.Baş məşqçi İlkin Şahbazovun rəhbərliyi altında Buxarestə yollanan hər iki taekvondoçumuz Vətənə qızıl medalla qayıdacaq. Sabir Məmmədli (27 kq) və Nazim Məmmədov (30 kq) bütün rəqiblərini məğlub edərək çempion tituluna yiyələniblər.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR