Logo

"Qalatasaray" "Beşiktaş"ı məğlub etdi

"Qalatasaray" "Beşiktaş"ı məğlub etdi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bu gün Türkiyə Super Liqasında İstanbul derbisi baş tutub.

Sfera.az xəbər veir ki, "Beşiktaş" "Qalatasaray"ın qonağı olub. Qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Hesabı 18-ci dəqiqədə "sarı-qırmızılılar"dan Mauro İkardi açıb. 28-ci dəqiqədə "qara qartallar"ın hücumçusu Cenk Tosun tarazlığı bərpa edib. Matçda son nöqtəni də İkardi qoyub. 59-cu dəqiqədə fərqlənən argentinalı forvard komandasına vacib qələbə qazandırıb.

Bu nəticədən sonra xallarını 24-ə çatdıran "Qalatasaray" 2-ci pilləyə yüksəlib. 22 xalı olan "Beşiktaş" 5-cidir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR