Məşhur futbolçu və dünya çempionu ömürlük həbs cəzası ala bilər
2017-ci ildə seneqal əsilli fransız futbolçu Benjamin Mendi dünya futbol tarixinin ən bahalı müdafiəçisi olub. Onun "Monako"dan "Mançester Siti"yə transferi ən rekord qiymət - 57,5 milyon avroya olub. Dörd il sonra futbolçu yeddi qadına təcavüz etməkdə ittiham olunaraq həbsxanaya düşüb.
Sfera.az xarici mətbuata istinadən bildirir ki, Mendini 5 ildən 20 ilə qədər həbs gözləyir. Amma ən pis halda məhkəmə futbolçuya ömürlük həbs cəzası verə bilər.
“Mançester Siti”nin fransız müdafiəçisi sonuncu dəfə 2021-ci il avqustun 15-də meydana daxil olub. Bir neçə gün sonra onu həbs ediblər.
Həmin vaxta qədər 2018-ci il dünya çempionu Fransa millisinin tərkibində 75 oyun keçirərək iki qol vurmuşdu. Lakin ittihamlar irəli sürüldükdən dərhal sonra Mendinin karyerası başa çatdı. Klub Mendini heyətdən çıxardı və onun adını daşıyan malların satışını dayandırdı.
Klub bu barədə verdiyi açıqlamada ““Mançester Siti” Benjamin Mendini məhkəmə prosesi başa çatana qədər heyətdən kənarlaşdırıb. Bu məsələ hüquqi prosesə bağlıdır, ona görə də klub istintaq prosesi başa çatana qədər hadisə barədə məlumat verməkdən imtina edir”.
Futbolçunu rəsmi olaraq FIFA 22 oyunundan kənarlaşdıran və “FIFA Ultimate Team və Ultimate Draf”dan müdafiəçi kartını çıxardıqdan sonra “Electronic Arts” da bu sanksiyalara qoşulub.
Proses artıq bir ildən çoxdur ki, davam edir. Futbolçu ilk bir neçə ayını ciddi rejimli həbsxanada keçirib. Mendinin ruhi-əsəb sarsıntısı keçirdiyi deyilir.
Bir neçə görüşdən sonra vəkilləri ona qarşı irəli sürülən ittihamları qəbul edib girov qarşılığında həbsxanadan çıxarmağa nail olublar.
İlk gündən futbolçu özünün tam günahsız olduğunu israr edir. Chester Crown Məhkəməsində bu yaxınlarda keçirilən iclasda Mendi ona qarşı irəli sürülən bütün ittihamları rədd edib.
28 yaşlı müdafiəçi bütün faktların zorlama epizodları deyil, qarşılıqlı razılaşma əsasında olan cinsi əlaqə olduğunu iddia edir.
Mendi qızların öz evinə getməsini xahiş etdiyini və bu görüşlərin şərtlərinin onlarla əvvəlcədən razılaşdırıldığını vurğulayıb. Zərərçəkmişlərin ifadələri isə dünya çempionunun sözlərindən köklü şəkildə fərqlənir. Xanımlar hər şeyin eyni ssenari üzrə baş verdiyini iddia edir: futbolçu onları malikanəsinə dəvət edib, orada onları bağlayıb və zorlayıb.
Bu iş üzrə növbəti məhkəmə iclası noyabrın 15-nə təyin edilib. Hüquqşünaslar Benjamin Mendinin səs-küylü məhkəməsində yekun hökmün dekabr ayının sonu və ya yanvarın əvvəlindən tez veriləcəyini gözləyirlər. Zərərçəkənlərin sayı həddindən artıq çoxdur: növbəti məhkəmə iclasında bütün qadınlar ittihamçı qarşısında ifadə verəcəklər. Bundan əlavə məhkəmə şahid qismində futbolçunun “Mançester Siti”dəki komanda yoldaşlarının
(Cek Qriliş, Kayl Uoker, Riyad Mahrez, Con Stounz və Rahim Sterlinq-bu yay “Çelsi”yə transfer olunub – red.) ifadələrini də dinləyəcək.
Aysel