Logo

UEFA 3 milyon avro təzminat ödədi - "İnter"in sabiq futbolçusuna görə

UEFA 3 milyon avro təzminat ödədi - "İnter"in sabiq futbolçusuna görə
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

UEFA Kristian Eriksenə görə onun sabiq klubu "İnter"ə təzminat ödəyib.

Sfera.az "Calcio Mercato"ya istinadən xəbər verir ki, klub tərəfindən bildirilib ki, Danimarka millisinin üzvünün Avro-2020-nin qrup mərhələsində Finlandiya ilə matçda ürəyi tutduğu üçün klub 3 milyon avro alıb. Çünki insident baş verən zaman danimarkalı yarımmüdafiəçi "İnter"də çıxış edirdi.

Xatırladaq ki, Avro 2020-nin qrup mərhələsinin Danimarka - Finlandiya matçının ilk hissəsində Eriksenin ürəyi tutmuşdu. Daha sonra ona ürəyində kardioverter-defibrillyator quraşdırılıb. Bununla əlaqədar o, karyerasını İtaliyada davam etdirə bilməmiş və 2021-ci dekabrında “İnter”dən ayrılmışdı.

Qeyd edək ki, Eriksen hazırda "Mançester Yunayted"də çıxış edir. O, bu klubun heyətində 15 oyuna çıxıb və 4 assist edib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR