Mahir Emrelinin komandası uduzdu

İdman
22:35 / 29.10.2022
23983
Azərbaycan millisinin üzvü Mahir Emrelinin də çıxış etdiyi Zaqreb "Dinamo"su Xorvatiya çempionatında 15-ci tur oyununa çıxıb.
Sfera.az xəbər verir ki, komanda turun mərkəzi matçında səfərdə "Osiyek"lə qarşılaşıb. Görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Bu, "Dinamo"nun mövsümdə ölkə çempionatında ilk məğlubiyyəti olub.
M.Emreli oyuna ehtiyat oyunçular skamyasında başlayıb və 71-ci dəqiqədə meydana daxil olub.
Qeyd edək ki, "Dinamo" hazırda 35 xalla birincidir.