"Mançester Yunayted" Ronaldo ilə bağlı qərarını verdi

Bir çox futbolsevərlərə görə tarixin ən yaxşı futbolçusu olan Cristiano Ronaldo karyerasının son illərində gözlənilməz hadisələrlə qarşılaşır.
 

Sfera.az xarici mətbuata istinadən bildirir ki, ötən həftə keçirilən "Tottenhem"lə görüşdə matç bitməmiş meydanı tərk edən portuqaliyalı ulduz komandasından kənarlaşdırılıb.


Baş məşqçisi Erik Ten Haqla arasına soyuq küləklər əsən dünya ulduzu haqqında İngiltərə mətbuatında hələ çox müzakirə ediləcək bir iddia ortaya atılıb.
 

Futbol tarixinin ən yaxşı oyunçularından biri olan Kriştiano Ronaldo karyerasının ən pis dövrünü "Mançester Yunayted"də keçirir.

 

Ötən mövsümün əvvəlindən əfsanəsi olduğu “Mançester Yunayted”ə qayıdan Ronaldo yaşının irəliləməsinə baxmayaraq, kifayət qədər yaxşı çıxış edib və futbolsevərlərin rəğbətini qazanmışdı.

 

Lakin bu mövsüm yay transfer mərhələsində “Mançester Yunayted”dən ayrılmaq istəyən portuqaliyalı ulduz axtardığı təklifi ala bilməyib yenə də ingilis klubunda qalıb.



"Mançester Yunayted"in yeni baş məşqçisi Erik Ten Haqla barışmayan Kriştiano Ronaldo karyerasının ən pis günlərini yaşayır.


Bir çox matçlarda əvəzedici kimi qalan 37 yaşlı futbolçu qol və ötürmələrdə də kifayət qədər qeyri-adekvat idi.
 

Nəhayət, “Tottenhem” matçındakı hərəkətinə görə heyətdən kənarlaşdırılan Ronaldonun “Mançester Yunayted” karyerasının bitdiyi haqda xəbərlər yayılıb. Dünya ulduzu fasilədə gələcək təklifləri dəyərləndirəcək.
 

"The Sun"da çıxan xəbərə görə, "Napoli" mövsümdən əvvəl Ronaldo ilə maraqlanır və hələ də bu transferdə maraqlıdır.


Transfer baş tutsa, "Fənərbağça"dan "Napoli"yə keçən Eljif Elmas və Kim Min-Jae Ronaldo ilə komanda yoldaşı olmaq imkanı əldə edə bilər.
 

“Napoli” A Seriyasında 11-ci həftənin sonunda ən yaxın izləyicisi “Milan”ı 3 xal qabaqlayaraq 29 xalla liderdir.
 

Xatırladaq ki, bu mövsüm Premyer Liqada səkkiz oyunda meydana çıxan Ronaldo Avropa Liqasında bir qol vurub, dörd oyunda bir qol və bir məhsuldar ötürmə edib.

 

Aynil


OXŞAR XƏBƏRLƏR