Logo

“Olimpiakos” səfərdə qələbə qazandı

“Olimpiakos” səfərdə qələbə qazandı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Futbol üzrə Yunanıstan Super Liqasında 9-cu turun oyunları keçirilir.

Sfera.az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan "Olimpiakos" səfərdə "Panetolikos"un qonağı olub. Qarşılaşma Pirey təmsilçisinin 2:0 hesablı qələbəsiylə başa çatıb.

Xallarını 17-yə yüksəldən "Olimpiakos" turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.

Qeyd edək ki, "Qarabağ" "Olimpiakos"u Yunanıstanda 3:0 hesabı ilə məğlub edib. Komandalar arasında Bakıda keçirilən ikinci oyun isə qolsuz bərabərliklə yekunlaşıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR