“Qalatasaray” a Vikinq gəlir

“Qalatasaray” a Vikinq gəlir

Okan Burukun rəhbərliyi altında bu mövsüm nisbətən zəif çıxış edən "Qalatasaray"dan ayrılıq xəbərləri gəlir. "Qalatasaray" ulduz futbolçu Patrick Van Anholt ilə yollarını ayırır.

 

Sfera.az xəbər verir ki, Okan Buruk "Kayserispor"la liqa matçında təcrübəli futbolçunu meydançaya çıxarmayıb.
 

Yeni mövsümə ulduz transferləri ilə başlayan “Qalatasaray”da yenə transfer mövzusu gündəmdədir. Bu mövsüm Super Liqada 9 matçda 5 qələbə, 2 məğlubiyyət və 2 heç-heçə edən klub qol sarıdan çətinlik çəkir.


Mertens, İkardi, Mata kimi ulduz futbolçuları heyətinə qatan "Qalatasaray" bu mövsüm arzuladığı futbolu ortaya qoymaqda çətinlik çəkir. Tənqid hədəfinə çevrilən Okan Buruk və komandası bu həftə "Alanyaspor"la qarşılaşacaq.


Türkiyə kubokunda "Kastamonuspor"u 7:0 hesablı qələbə ilə mübarizədən kənarlaşdıran "Cimbom" növbəti mərhələyə adlayıb və liqada son qələbədən sonra əhval-ruhiyyəni bir qədər artırıb.


Patrick Van Aanholt bu mövsüm "Qalatasaray"da ümidləri doğrultmayan futbolçulardan biridir. Təcrübəli sol cinah müdafiəçisini Okan Buruk "Kayserispor" matçında oynatmayıb və əvəzedici heyətə salıb.
 

Alınan məlumata görə hollandiyalı futbolçunun meneceri İstanbula çağırılacaq və ayrılıq danışıqları başlayacaq.

Təcrübəli ulduzun gediş biletini hazırlayan Okan Buruk artıq sol cinah müdafiəçisi üçün transfer işlərinə başlayıb. Mövsüm fasiləsi zamanı Hollandiyalı ulduzu daha gənc və daha prespektivli oyunçu - Van Anholt əvəz edəcək.
 

"Kopenhagen"də çıxış edən Viktor Kristiansen "Qalatasaray"ın transfer siyahısında birinci yerdədir.
 

19 yaşlı danimarkalı gənc “Qalatasaray” forması geyinən Mathias Ross ilə birlikdə ölkəsinin U21 millisində çıxış edir.
 

“Kopenhagen”lə 2025-ci ilə qədər müqaviləsi olan Kristiansenlə Avropanın 5 böyük liqasından bir çox komandanın maraqlandığı bildirilir.
 

Qeyd edək ki, gənc futbolçunun transfer dəyəri 4 milyon avro müəyyən edilib.

 

Aynil


OXŞAR XƏBƏRLƏR

Mehriban Əliyeva Müstəqilliyin Bərpası Günü ilə bağlı paylaşım etdi

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi "Instagram" səhifəsində Müstəqilliyin Bərpası Günü ilə bağlı paylaşım edib.   ...

Azərbaycanda yaşayış binasında partlayış: ölən xəsarət alanlar var

Gəncədə binada partlayış baş verib.   Sfera.az-ın məlumatına görə, hadisə şəhər ərazisində qeydə alınıb.   5 mərtəbəli yaşayış binasında b...

Yuxusuzluğun səbəbi bəlli oldu - Bu vitaminlərin çatışmazlığı...

Yuxusuzluğun ümumi səbəbi orqanizmdə vitamin və mineralların çatışmazlığıdır.   Sfera.az xəbər verir ki, bunu dietoloq Dmitri Semiryadov bildirib. O , ...

Hərbi xidmətlə bağlı YENİ QƏRAR: Kimlərə şamil olunacaq?

Uğurlu nəticələr göstərən tələbələr universiteti bitirdikdən sonra hərbi xidmətlərini Milli Müdafiə Universitetində keçirəcəklər.   Yeni yaradılan ko...

“Google” Azərbaycan bayrağının rənglərində dudl hazırladı

ABŞ-nin transmilli şirkəti, məşhur “Google” axtarış sistemi Azərbaycanın Müstəqilliyinin Bərpası Günü münasibətilə bayrağımızın rənglərində dudl haz...

Cinayət törətmək üçün məşhur aktyora bənzəməsindən istifadə etdi

İtaliyanın Roma şəhərində 60 yaşlı zibil yığan Ubaldo Manuali ağırlaşdırılmış cinsi təcavüz və seksual xarakterli şəkillərin qanunsuz yayılması ittihamı ilə 9 i...