Logo

UEFA Rusiyaya TƏZMİNAT ÖDƏDİ - Çempionlar Liqasına görə 

UEFA Rusiyaya TƏZMİNAT ÖDƏDİ - Çempionlar Liqasına görə
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

UEFA 2021/2022 mövsümündə Çempionlar Liqasının final oyununun yerinin dəyişdirilməsinə görə Rusiyaya təzminat ödəyib.

Sfera.az  xəbər verir ki, bu barədə ÇL-in final matçının hazırlıq üzrə Təşkilat Komitəsinin baş direktoru Aleksey Sorokin bildirib. O deyib:

“UEFA tərəfindən bütün xərclər ödənilib. Məsələ artıq bağlanıb. UEFA-nın indi heç bir  borcu yoxdur. Heç bir çətinlik yox idi, sadəcə olaraq məbləğ uzun müddət müzakirə olundu. Bunlar normal, işlək müzakirələr idi.
Onların Sankt-Peterburqdakı stadionun rəhbərliyi ilə münasibətləri barədə dəqiq söz deyə bilmərəm. Bizim nöqteyi-nəzərimizdən Rusiyanın bütün xərcləri kompensasiya edildi".

Qeyd edək ki, UEFA final qarşılaşmasını Ukrayna ilə müharibəyə görə Sankt-Peterburqdakı "Qazprom Arena"dan alıb. Oyun Fransanın paytaxtı "Stad de Frans"da keçirilib. Görüşdə İspaniya "Real"ı İngiltərə "Liverpul"unu məğlub edib - 1:0.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR