AFFA dörd klubu cəzalandırdı

AFFA dörd klubu cəzalandırdı

AFFA İntizam Komitəsi “Qəbələ”, “Neftçi”, “Turan Tovuz” və “Şamaxı”nı cəzalandırıb

 

Sfera.az-ın məlumatına görə, “qırmızı-qaralar” evdə “Qarabağ”a 0:1 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının IX tur oyununda azarkeşlərin meydançaya yad əşyalar atması səbəbindən 1 600 manat cərimələnib. Əyalət təmsilçisi müdafiəçisi İlkin Qırtımov ciddi qayda pozuntusu etdiyinə görə qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün daha 1 600 manat ziyana düşüb.

 

“Neftçi” evdə “Turan Tovuz”la qolsuz heç-heçə etdiyi görüşdə azarkeşlərinin analoji davranışına görə 1 600 manat cərimə ödəyəcək. Qonaq komanda isə 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunub.

 

“Şamaxı” isə səfərdə “Zirə”yə 0:1 hesabı ilə məğlub olduğu oyunda futbolçusu Rövşən Şahmuradovun formasında adının və ya soyadının yazılmaması səbəbindən 3 000 manat cərimələnib.


OXŞAR XƏBƏRLƏR

Vətən müharibəsinin iştirakçısı arvadını öldürüb? - VİDEO

"Həyat yoldaşı 20 yaşlı qadını pəncərədən ataraq qətlə yetirib".   Sfera.az "Xəzər Xəbər"ə istinadla xəbər verir ki, bu iddiaları...

Yalnız bundan sonra Putinlə görüşə bilərəm - Zelenski

Moskva və Kiyev İstanbul razılaşmalarına uyğun olaraq hərbi əsirlərin və hərbçilərin cəsədlərinin mübadiləsindən sonra Rusiya və Ukrayna prezidentləri - Vladimi...

Rusiyadan Azərbaycana daha bir QADAĞA

İyulun 5-də Azərbaycandan Krasnodar şəhərindəki müvəqqəti saxlanc anbarına daxil olan, ümumi həcmi 18 ton olan təzə şaftalı və nektarin 2 partiyasında karantin ...

ABŞ rəsmisindən Əbu-Dabi görüşünə REAKSİYA

ABŞ Azərbaycan və Ermənistanın sülh istəklərini dəstəkləyir.   Sfera.az  xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibi Tem...

Atamın və qardaşlarımın başlarını kəsiblər... - Məhkəmədə ifadə verdilər

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlan...

İrəvandan Əliyev-Paşinyan görüşü barədə yeni AÇIQLAMA

Ermənistan Əbu-Dabi görüşünü uğurlu hesab edir və təsdiqləyir ki, bu, sülh prosesinin gələcəkdə həyata keçirilməsi üçün ciddi səbəb ola bilər.   Sfer...