Logo

“Olimpiakos”un futbolçusu “Qarabağ”la oyun öncəsi zədələndi

“Olimpiakos”un futbolçusu “Qarabağ”la oyun öncəsi zədələndi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Yunanıstanın “Olimpiakos” klubu Avropa Liqasının qrup mərhələsində “Qarabağ”la dördüncü tur oyunu öncəsi itki ilə üzləşib.

Sfera.az xəbər verir ki, Yunanıstan çempionatının yeddinci turunda OFİ ilə görüşdə müdafiəçi Qonzalo Avila sıradan çıxıb.

Komandasının 2:1 hesabı ilə qalib gəldiyi matçın 38-ci dəqiqəsində zədələnərək əvəzlənən ispaniyalı sağ cinah müdafiəçisinin durumu qeyri-müəyyəndir. Bu gün keçiriləcək tibbi müayinənin ardından 24 yaşlı oyunçunun “Qarabağ”la qarşılaşmada iştirak edib-etməyəcəyi müəyyənləşəcək.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR