Logo

AVRO-2024: Millimizin rəqibləri müəyyənləşdi, Türkiyə və Ermənistan eyni qrupda

AVRO-2024: Millimizin rəqibləri müəyyənləşdi, Türkiyə və Ermənistan eyni qrupda
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Almaniyanın Frankfurt şəhərində 2024-cü il Avropa çempionatının seçmə mərhələsinin püşkü atılıb.

Sfera.az xəbər verir ki, "Festhalle" sərgi mərkəzində keçirilən tədbirdə Azərbaycan milli komandasının da rəqibləri müəyyənləşib.

Canni De Byazinin baş məşqçi olduğu kollektiv Belçika, Avstriya, İsveç və Estoniya ilə birlikdə F qrupunda mübarizə aparacaq.

Türkiyə millisi Ermənistanla birlikdə D qrupunda çıxış edəcək. Bu qrupda həmçinin Xorvatiya, Uels və Latviya milliləri də mübarizə aparacaq.

Qeyd edək ki, seçmə mərhələdə qruplarda ilk iki pilləni tutan milli komandalar birbaşa AVRO-2024-ün final mərhələsinə vəsiqə əldə edəcək. Qalan 3 vəsiqə isə seçmə mərhələdə öz qrupunda ilk iki pilləni tuta bilməyən, Millətlər Liqasında pley-offa vəsiqə qazanan 12 komanda arasında keçiriləcək oyunlarından sonra bəlli olacaq.

Almaniya yığması ev sahibi kimi birbaşa final mərhələsinə vəsiqə qazanıb. Bundestim A qrupunda yer alan bütün komandalarla təqvimə uyğun olaraq ev-səfər prinsipi əsasında qarşılaşacaq. Rusiya isə diskvalifikasiya səbəbindən seçmə və əsas mərhələdən kənarda qalacaq.

A qrupu

İspaniya

Şotlandiya

Norveç

Gürcüstan

Kipr

B qrupu

Niderland

Fransa

İrlandiya

Yunanıstan

Cəbəllütariq

C qrupu

İtaliya

İngiltərə

Ukrayna

Şimali Makedoniya

Malta

D qrupu

Xorvatiya

Uels

Ermənistan

Türkiyə

Latviya

E qrupu

Polşa

Çexiya

Albaniya

Farer adaları

Moldova

F qrupu

Belçika

Avstriya

İsveç

Azərbaycan

Estoniya

G qrupu

Macarıstan

Serbiya

Monteneqro

Bolqarıstan

Litva

H qrupu

Danimarka

Finlandiya

Sloveniya

Qazaxıstan

Şimali İrlandiya

San Marino

I qrupu

İsveçrə

İsrail

Rumıniya

Kosovo

Belarus

Andorra

J qrupu

Portuqaliya

Bosniya və Herseqovina

İslandiya

Lüksemburq

Slovakiya

Lixtenşteyn

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR