Türkiyə Paralimpiya Futbol Yığma Komandası Dünya Kuboku yarımfinalında

Türkiyə Paralimpiya Futbol Yığma Komandası Dünya Kuboku yarımfinalında

Türkiyə Paralimpiya Futbol Yığma Komandası Dünya Kubokunun 1/8 finalında Meksikaya 5:0 hesabı ilə qalib gələrək 1/4 finala yüksəlib.



Sfera.az bildirir ki, komanda 1/4 finalda Argentinanı 4:0 hesabı ilə məğlub edən Mərakeşlə qarşılaşacaq.



Türkiyə yığmasına qalibiyyət gətirən qolların müəllifləri


11, 23 və 40-cı dəqiqələrdə Ömər Güleryüz, 38-ci dəqiqədə Savaş Kaya və 49-cu dəqiqədə fərqlənən Şeyhmus Erdinç olub.



Matçın sonunda nazir Kasapoğlu və TFF İdarə Heyətinin üzvləri millilərlə görüşüb və onları uğurlarına görə təbrik ediblər.



Dünya Kubokunda çempion olmağı hədəfləyən Türkiyə Paralimpiya Millisi sabah dörddəbir finalda Mərakeşlə qarşılaşacaq. Qarşılaşma Türkiyə saatı ilə 20:00-da başlayacaq.

 

Aynil


OXŞAR XƏBƏRLƏR