Futbolçu: "Kadırovun verdiyi hədiyyəni görəndə şok oldum" - FOTO

Futbolçu:

Rusiyanın Qroznı şəhərinin “Axmat” futbol komandasının keçmiş yarımmüdafiəçisi, braziliyalı Maurisio bildirib ki, Çeçenistan rəhbəri Ramzan Kadırov ona brilyant qaşlı butslar verib. 


Sfera.az “Lenta.ru”ya istinadən xəbər verir ki, futbolçu bu sözləri “Sport24”ə deyib.


“Kadırov mənə zəng etdi və iqamətgahında şam yeməyinə dəvət etdi. Orada mənə böyük bir qutu uzatdı. İçərisində olanı görəndə dəli oldum", - deyə yarımmüdafiəçi bildirib. 


Maurisio əlavə edib ki, çəkmələri evdəki seyfdə saxlayır.


Maurisio bildirib ki, o, hədiyyənin təxmini dəyərini bilmir. “Mənim üçün o, maddi cəhətdən deyil, mənəvi cəhətdən əzizdir. Dünyada hər şeyin qiyməti var, ancaq özünə qarşı yaxşı münasibət ala bilməzsən”, - deyə idmançı bildirib.


Maurisio 2010-2016-cı illərdə “Axmat”da çıxış edib. 

 


Vasif,
Sfera.az


OXŞAR XƏBƏRLƏR