Logo

Millimiz bu gün son oyununa çıxacaq

Millimiz bu gün son oyununa çıxacaq
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Futbol üzrə Azərbaycan milli komandası bu gün UEFA Millətlər Liqasının qrup mərhələsində sonuncu oyununu keçirəcək.

Sfera.az xəbər verir ki, Canni De Byazinin baş məşqçi olduğu kollektiv C Divizionunun 3-cü qrupunun VI turunda Qazaxıstan yığmasını qəbul edəcək.

“Dalğa Arena”dakı qarşılaşma saat 20:00-da başlayacaq. Görüşün baş hakimi almaniyalı Harm Osmers olacaq.

Hazırda 13 xalı olan qonaqlar B Liqası və AVRO-2024-də iştirak üçün pley-offa vəsiqəni təmin edib.

UEFA Millətlər Liqası

Qrup mərhələsi, VI tur

20:00. Azərbaycan – Qazaxıstan

Hakimlər: Harm Osmers, Robert Kempter, Dominik Şaal, Martin Petersen (Almaniya)

Bakı, “Dalğa Arena” stadionu

Xal durumu: Qazaxıstan – 13, Azərbaycan – 7, Slovakiya – 6, Belarus – 2

Qeyd edək ki, qrupun digər oyununda Belarus Slovakiyanın qonağı olacaq.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR