Logo

Bu idman növü üzrə Avropa çempionatı Bakıda olacaq

Bu idman növü üzrə Avropa çempionatı Bakıda olacaq
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Qızlar arasında həndbol üzrə 2023-cü il Avropa çempionatı Bakıda keçiriləcək.

Sfera.az xəbər verir ki, bununla bağlı qərar Lüksemburqda Avropa Həndbol Federasiyasının (EHF) İcraiyyə Komitəsinin iclasında qəbul olunub.

Qitə çempionatı 2005-ci il təvəllüdlü qızlar arasında təşkil ediləcək.

Lükksemburqda həmçinin EHF-in XVI Konfransı və XV Konqresi keçirilir. Tədbirlərdə ölkəni Azərbaycan Həndbol Federasiyasının (AHF) vitse-prezidenti Orxan Abbasov təmsil edir.

Üç gün davam edəcək tədbirlərdə Avropa qadın həndbolunun hazırkı durumu, iştirakçı federasiyaların sayının artırılması, çimərlik həndbolunun inkişaf perspektivləri və digər məsələlər müzakirə olunur.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR