“Barselona" "Real" futbolçusu ilə müqavilə imzalamağa hazırlaşır

İdman
00:08 / 20.09.2022
19630
“Barselona" klubu "Real"ın yarımmüdafiəçisi Marko Asensio ilə maraqlanır. Kataloniya klubunun rəhbərliyi futbolçu ilə bağlı xəbərləri yaxından təqib edir.
İspaniya millisinin 26 yaşlı yarımmüdafiəçisinin Madrid klubu ilə müqaviləsi 2023-cü ilin yayında başa çatır.
Sfera.az yerli mətbuata istinadən xəbər verir ki, futbolçu Madrid klubu ilə yeni müqavilə imzalamayacağı halda, "Barselona" Asensioyu kluba dəvət etməyə hazır olduğunu bildirib.
İspan futbolçu performansı ilə katalonların diqqətini özünə cəlb etməyi bacarıb.
Xatırladaq ki, Asensio 2015-ci ildən "Malyorka"dan "Real Madrid"ə transfer edilib. O vaxtdan indiyədək “qaymaqlılar”ın heyətində çıxış edən futbolçu 243 oyun keçirib; 50 qol, 19 məhsuldar ötürmə edib.
Aynil