"Neftçi" səfərdə qalib gələrək liderliyə yüksəldi
Kateqoriya məlum deyil
Futbol üzrə Azərbaycan Premyer Liqasında VII turun daha iki matçı keçirilib.
Sfera.az xəbər verir ki, "Neftçi" "Asco Arena"da "Səbail"in qonağı olub. Görüş "ağ-qaralar"ın 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Hər iki qol ikinci hissədə vurulub. 53-cü dəqiqədə Emin Mahmudov, 83-cü dəqiqədə isə Gilyerme Pato fərqləniblər.
Bu nəticədən sonra xallarını 18-ə çatdıran "Neftçi" ilk pilləyə yüksəlib. 5 xalı olan "dənizçilər" isə 7-ci sırada qalıb.
Günün digər oyununda "Sabah" "Turan Tovuz"a 3:1 hesabı ilə qalib gəlib.






