Logo

"Qarabağ" - "Nant" oyununun biletləri satışa çıxarıldı

"Qarabağ" - "Nant" oyununun biletləri satışa çıxarıldı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Qarabağ"ın Bakıda Fransanın "Nant" komandasına qarşı keçirəcəyi UEFA Avropa Liqasının qrup mərhələsinin II tur oyunu üçün biletlər satışa çıxarılıb.

Sfera.az xəbər verir ki, biletlərin qiyməti müvafiq olaraq 5, 20, 30, 75 və 100 manat təşkil edir.

Biletləri matçın oynanılacağı Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından, "Iticket.az"dan, Ağdam klubunun Park Bulvardakı fan-şopundan, 28 mall və Gənclik mall ticarət mərkəzlərindəki satış məntəqələrindən almaq olar.

1 şəxsiyyət vəsiqəsi ilə 3 bilet əldə etmək mümkündür.

Qeyd edək ki, sentyabrın 15-də keçiriləcək "Qarabağ" - "Nant" görüşü saat 20:45-də başlayacaq.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR