Dünya çempionatı: Azərbaycanın iki güləşçisi finala çıxdı
Kateqoriya məlum deyil
Azərbaycanın yunan-Roma güləşçisi Ülvi Qənizadə Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında yarımfinal görüşünə çıxıb.
Sfera.az-ın məlumatına görə, 72 kq-da mübarizə aparan idmançı türkiyəli Selçuk Canla qarşılaşıb. Rəqibinə 4:3 hesabı ilə qalib gələn idmançı adını finala yazdırıb.
Daha əvvəl 55 kq-da Eldəniz Əzizli dünya çempionatında həlledici qarşılaşmaya vəsiqə qazanıb.
Final görüşləri sentyabrın 11-də keçiriləcək.






