Logo

"Qarabağ" - "Nant" oyununun biletləri SATIŞA ÇIXARILDI

"Qarabağ" - "Nant" oyununun biletləri SATIŞA ÇIXARILDI
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

UEFA Avropa Liqasının qrup mərhələsində keçiriləcək “Qarabağ” - “Nant” (Fransa) oyununun biletlərinin satışa çıxarılacağı vaxt müəyyənləşib.

Sfera.az klubun saytına istinadən xəbər verir ki, biletlər sentyabrın 11-i saat 11:00-dan satışa çıxarılacaq.

Biletlərin qiyməti müvafiq olaraq 5, 20, 30, 75 və 100 manat təşkil edir.

Satış məntəqələri:

Tofiq Bəhramov adına Respublika stadionun kassalarında (11:00-dan 20:00-dək);

Iticket.az-ın satış məntəqələri (iticket.az-da onlayn satış);

Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopunda (11:00-dan 20:00-dək), eləcə də 28 mall və Gənclik mall ticarət mərkəzlərində bütün biletlər satışa çıxarılacaq (11:00-22:00).

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR