Tərlan Əhmədov “Kəpəz”in yeni baş məşqçisi OLDU
Kateqoriya məlum deyil
"Kəpəz"ə yeni baş məşqçi təyin edilib.
Sfera.az xəbər verir ki, komandanı Tərlan Əhmədov çalışdıracaq. Bu gün Gəncədə bununla bağlı rəsmi təqdimat mərasimi keçirilib. Onunla 1 illik müqavilə imzalanıb.
Tərlan Əhmədov baş məşqçi vəzifəsindən bir neçə gün əvvəl istefaya göndərilən Yaşar Vahabzadəni əvəzləyib.
Xatırladaq ki, T.Əhmədovun son çalışdırdığı klub “Keşlə” (indiki “Şamaxı") olub.






