Logo

Vadji artıq Fransadadır - “Qarabağ”dan açıqlama

Vadji artıq Fransadadır - “Qarabağ”dan açıqlama
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

“Qarabağ”ın futbolçusu İbrahima Vadji “Sent Etyen” klubu ilə danışıqlar üçün Fransaya yollanıb.

Bunu “Qafqazinfo”ya açıqlamasında Ağdam klubunun idman direktoru Əmrah Çəlikəl bildirib.

Onun sözlərinə görə, seneqallı forvardın keçidi yaxın günlərdə rəsmiləşəcək:

“Son danışıqlar gedir. Vadjinin özünün də istəyi var. Çünki ailəsi Fransada yaşayır. Biz də bunu nəzərə alıb danışıqlar üçün Fransaya yollanmasına icazə verdik. Yəqin ya sabah, ya da növbəti gün transfer rəsmiləşəcək”.

Klub rəsmisi futbolçunun transferi ilə bağlı maliyyə şərtlərinə də sabah aydınlıq gələcəyini bildirib.

Əmrah bəy açıqlamasında yeni transferlərlə bağlı danışıqlar aparıldığını da qeyd edib. O, “yeni hücumçu alınacaqmı?” sualımıza belə cavab verib:

“Yeni hücumçu ilə bağlı danışıqlar davam edir. Bu məsələdə əsas fikir Qurban Qurbanova məxsusdur”.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR