Logo

Qurban Qurbanovdan qrupdakı rəqiblər barədə - AÇIQLAMA

Qurban Qurbanovdan qrupdakı rəqiblər barədə - AÇIQLAMA
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

“İddialı bir qrupa düşdük. Birbaşa göründü ki, hər bir komandanın çox böyük şansı olacaq”.

Sfera.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

O, UEFA Avropa Liqasında komandasının düşdüyü qrupu dəyərləndirib:

““Frayburq”, “Nant”- ilk beşlik ölkələrinin iki komandası və “Olimpiakos” illər boyu iddialı olub. Rəqiblərlə yaxın günlərdə tanış olacağıq və maksimum çalışacağıq ki, hər birinə qarşı düzgün hazırlaşmağı öyrənək. Həmişə dediyim kimi, əgər bizim rəqib üzərində yaxşı nəticə əldə etməyə şansımız varsa, bundan maksimum istifadə edəcəyik. Xeyirlisi, inşallah. Qarşıda bizi çox maraqlı rəqiblərə qarşı maraqlı oyunlar gözləyir. Fərqli oyun sisteminə qarşı futbolçularımla birlikdə yaxşı oyun göstərmək üçün ən yaxşısını edəcəyik”.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR