Logo

"Qarabağ" bu gün ÇL-də həlledici oyuna çıxır - Zədəlilər var

"Qarabağ" bu gün ÇL-də həlledici oyuna çıxır - Zədəlilər var
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bu gün “Qarabağ” klubu Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununa çıxacaq.

Sfera.az xəbər verir ki, Ağdam klubu Çexiyada yerli “Viktoriya” (Plzen) klubunun qonağı olacaq.

Plzen şəhərindəki “Dusan Arena”da oynanılacaq görüş Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

İki əsas mərkəz müdafiəçisi - komandanın kapitanı Maksim Medvedev və kolumbiyalı Kevin Medina zədə səbəbindən bu matçda iştirak edə bilməyəcək.
Məlumat üçün bildirək ki, duelin Bakıda keçirilən ilk matçında qolsuz heç-heçə qeydə alınıb.

Qeyd edək ki, bu cütün qalibi birbaşa Çempionlar Liqasının, məğlubu isə Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanacaq.

Xatırladaq ki, “Qarabağ” daha əvvəl 2017-2018 mövsümündə Çempionlar Liqasının qrup mərhələsində mübarizə aparıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR