Logo

Azərbaycanın FIFA referiləri ÇEMPİONLAR LİQASINDA 

Azərbaycanın FIFA referiləri ÇEMPİONLAR LİQASINDA
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycanın futzal üzrə iki FIFA referisi UEFA Çempionlar Liqasının ilkin seçmə mərhələsinin oyunlarına təyinatlar alıb.

Sfera.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Hikmət Qafarlı 24 - 29 avqustda İsveçrənin Bern şəhərində “Futsal Minerva” (İsveçrə), “KMF Loznica-Grad 2018” (Serbiya), “Vesteralen” (Norveç) və “S.S. Folgore” (San Marino) komandalarının yer aldığı D qrupunun görüşlərini idarə edəcək.

Knyaz Əmiraslanov isə “Stuttgarter Futsal Club 2020” (Almaniya), “Georgians” (Gürcüstan), “Örebro SK Futsalklubb” (İsveç) və “İstanbul Şişli SK” (Beşiktaş) komandalarının mübarizə aparacağı F qrupunun matçlarında iş başında olacaq.

Bu qrupun qarşılaşmaları 23 - 28 avqustda Almaniyada gerçəkləşəcək.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR