Ronaldo qərarını verdi: Gedir, yoxsa qalır?
Kateqoriya məlum deyil
“Mançester Yunayted”dən ayrılmaq istəyən Kriştiano Ronaldo qərarını dəyişib.
Sfera.az xəbər verir ki, portuqaliyalı ulduz "qırmızı şeytanlar"ın “Real”ın yarımmüdafiəçisi Karlos Kazemironu transfer etməsindən sonra klubda qalmağa qərar verib. Bu barədə jurnalist Pedro Almeyda məlumat yayıb.
Qeyd edək ki, Ronaldonun "Mançester Yunayted"lə müqaviləsinin müddəti 2023-cü ilin yayına qədərdir. O, karyerasını ÇL-də çıxış edən başqa bir komandada davam etdirmək üçün klubdan ayrılmaq istəyirdi.
Xatırladaq ki, Portuqaliya millisinin kapitanı Kazemiro ilə birlikdə “Real”da çıxış edib.






