Logo

“Qarabağ”ın Çexiyadakı matçının biletləri satışa çıxarıldı

“Qarabağ”ın Çexiyadakı matçının biletləri satışa çıxarıldı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Çexiyada “Viktoriya” və “Qarabağ” komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununun biletləri satışa çıxarılıb.

Sfera.az report-a istinadən xəbər verir ki, bilet satışı Bakı vaxtı ilə saat 15:00-da start götürüb.

Ən ucuz biletlərin qiyməti 420 Çexiya kronu (təxminən 30 manat), ən bahalı biletlər isə 1490 Çexiya kronudur (təxminən 105 manat).

Qeyd edək ki, avqustun 23-də “Dusan Arena”da oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. İlk matç iyulun 17-də Bakıda olacaq.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR