Logo

Türkiyə millisinin üzvü Fransa klubundan ayrılır

Türkiyə millisinin üzvü Fransa klubundan ayrılır
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Olimpik" (Marsel) futbolçusu Cengiz Ünderlə yollarını ayırmağa hazırlaşır.

Sfera.az xəbər verir ki,  Marsel təmsilçisi yaxşı təklif gələcəyi təqdirdə türkiyəli oyunçunun gedişinə icazə verəcək. Bu barədə "L'Equipe" nəşri məlumat yayıb.

Xatırladaq ki, 25 yaşlı futbolçu ilə klubun baş məşqçisi İqor Tudor arasında münasibətlər korlanıb. Çalışdırıcı Türkiyə millisinin üzvünü əsas heyətdə oynatmaq fikrində deyil. Bu səbəbdən tərəflər arasında vəziyyət gərginləşib.

Cengiz Ünder 2021-ci ilin yayından çıxış etdiyi Liqa 1 təmsilçisində geridə qalan mövsüm bütün turnirlərdə 47 oyunda meydanda olub, 13 qol və 5 asisstlə yadda qalıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR