Konfrans Liqası: "Neftçi" - "Rapid"ə qalib GƏLDİ - YENİLƏNİB
"Neftçi" UEFA Konfrans Liqasının III təsnifat mərhələsində ilk oyununu keçirib.
Sfera.az xəbər verir ki, Laurentsiu Regekampfın baş məşqçi olduğu komanda Bakıda Avstriyanın "Rapid" (Vyana) klubunu qəbul edib. "Bakcell Arena"da oynanılan görüşü "ağ-qaralar"ın 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Laurentsiu Regekampfın baş məşqçi olduğu komandadan qolları 44-cü dəqiqədə Ataa Caber və 60-cı dəqiqədə Kenni Sayef vurublar. Qonaqlardan isə görüşün əsas vaxtına əlavə olunmuş 5-ci dəqiqədə Qvido Burqştaller fərqlənib.
Komandalar arasında cavab görüşü avqustun 11-də Vyanada keçiriləcək.
Qeyd edək ki, bu cütün qalibi pley-off mərhələsində "Konyaspor" (Türkiyə) - "Vaduts" (Lixtenşteyn) cütünün güclüsü ilə qarşılaşacaq.
***
21: 57
Bakıda "Neftçi" və Avstriyanın "Rapid" (Vyana) komandası arasında keçirilən UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununda ilk hissə başa çatıb.
Sfera.az-ın məlumatına görə, "ağ-qaralar" fasiləyə minimal hesablı üstünlüklə yollanıb. Yeganə qolu 44-cü dəqiqədə Ataa Caber vurub.
***
21:03
Bakıda "Neftçi" və Avstriyanın "Rapid" (Vyana) komandası arasında keçirilən UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyunu başlayıb.
Sfera.az xəbər verir ki, "Bakcell Arena"kı qarşılaşma saat 21:00-da start götürüb.
Görüşü xorvatiyalı FIFA referisi Dario Bel idarə edir.
Qeyd edək ki, komandalar arasında cavab matçı avqustun 11-də Vyanada olacaq.






