Logo

Futbola neft sektorundan gələn PFL-in yeni prezidenti kimdir? - DOSYE + FOTOLAR

Futbola neft sektorundan gələn PFL-in yeni prezidenti kimdir? - DOSYE + FOTOLAR
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Xəbər verdiyimiz kimi, bu gün Peşəkar Futbol Liqasının (PFL) konfransı keçirilib və Elxan Səmədov PFL-in prezidenti seçilib.

Sfera.az xəbər verir ki, 1972-ci ildə anadan olan Elxan Səmədov orta məktəbi Bakıda 134 saylı orta məktəbdə oxuyub. Daha sonra Azərbaycan Pedoqoji Universitetində İngilis dili və ədəbiyyatı ixtisasl üzrə təhsil alıb.

2001-ci ildə İtaliya və İsçeçrədə Beynəlxalq Əmək Təşkilatının layihəsində iştirak edib. 2007-ci ildə ABŞ-ın “Georgetown” Universitetinin Hüquq Mərkəzində təhsil alıb.
Elxan Səmədov əmək fəaliyyətinə 1993-cü ildə “Pennzoil” neft şirkətində başlayıb. 1996-1999-cu illərdə “Caspian İnternational Petroleum Company”də və “Sojitz Corpaoration” şirkətlərində işləyib. 1999-2001-ci illərdə Dünya Bankında, 2001-2008-ci illərdə “Karasu Operating Company” şirkətində satınalmalar üzrə menecer vəzifəsində çalışıb.

2009-cu ildə AFFA-da Departament direktoru olub. 2008-2009-cu illərdə yenidən neft sektoruna geri dönüb və “Absheron Operating Company” şirkətində satınalmalar üzrə menecer olub.

2012-ci ildə AFFA və “Neftçi” futbol klubunda menecer vəzifəsində işləyib. 2013-2015-ci illərdə Birinci Avropa Oyunları üzrə Təşkilat Komitəsinin satınalmalar departamentinin direktoru olub.

Elxan Səmədov 2018-2020-ci illərdə “Sumqayıt Txnologiyalar Parkı”nda və “Yalkavak Marina”da (Türkiyə) çalışıb. Səmədovun sonuncu iş yeri AFFA-da VAR (videoköməkçi hakim) layihəsinin rəhbəri olub.(yeniavaz.com)

Gallery image 1
Gallery image 2
Thumbnail 1
Thumbnail 2
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR