Logo

"20 qoyun təklif etmişik, klubdan cavab gözləyirik" - Ronaldonu LAĞA QOYDULAR

"20 qoyun təklif etmişik, klubdan cavab gözləyirik" - Ronaldonu LAĞA QOYDULAR
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Farer adalarının “Klaksvik” klubu “Mançester Yunayted”in hücumçusu Kriştiano Ronaldo ilə bağlı qeyri-ciddi paylaşım edib.

Sfera.az xəbər verir ki, adıçəkilən komanda “qırmızı şeytanlar”dan ayrılmaq fikrində olan 37 yaşlı superulduzu məsxərəyə qoyub.

Onlar Portuqaliya millisinin kapitanı üçün ingilislərə qoyun sürüsü təklif etdiklərini yazıblar:

“Biz Ronaldo üçün ən yaxşı 20 qoyunumuzu təklif etdik. Hazırda “Mançester Yunayted”dən cavab gözləyirik”.Qeyd edək ki, “Mançester Yunayted”in yay təlim-məşq toplanışına qatılmayan Kriştiano Ronaldo rəhbərlikdən gələn ilin yayına qədər olan müqaviləsinə xitam verilməsini tələb edib. (apasport.az)

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR