"Qurban Qurbanov müdafiə deyil, hücum futboluna üstünlük verir..." – ŞƏRH

“Qarabağ” bu mövsüm Çempionlar Liqasında 4 oyuna 10 qol vurub. Bu, orta hesabla hər matça 2,5 qol deməkdir. Özü də Qarabağ bu nailiyyəti Polşa və İsveçrə çempionlarına qarşı əldə edib”.

 

Sfera.az xəbər verir ki, bu sözləri idman jurnalisti Aydın Bağırov deyib.

 

Onun sözlərinə görə, ötən həftə 3 klubumuz Konfrans Liqasında 3 oyuna cəmi 1 qol vurub:

 

“Daha bir maraqlı statistika isə “Qarabağ” təsnifat mərhələsində ən çox künc zərbəsi vuran komandadır (30 dəfə). Bu iki detal Qurban Qurbanovun müdafiə deyil, hücum futboluna üstünlük verdiyinin növbəti təsdiqidir.


Bununla belə, komandaya mütləq əlavə bir hücumçu lazımdır. Və tək hücumçu da deyil.


“Qarabağ” 4 oyuna 10 qol vurubsa, 6 dəfə də qol buraxıb. Düzdür, rəqiblər çox güclü olub, amma 6 qol ciddi həyəcan siqnalı olmalıdır. Müdafiə xəttində biz uşaq səhvlərinə rast gəlirik. Mərkəz müdafiəçisi Maksimin səhvləri getdikcə çoxalır. Sol cinahda oynayan gənc Elvin Cəfərquliyev və Toral Bayramov yaxşı perspektivli oyunçular olsa da, belə böyük turnirlər üçün tam hazır deyillər. Təcrübə və psixoloji sarıdan axsayırlar”. 

 

Ekspertin sözlərinə görə, komandaya əlavə mərkəz və ya sol cinah müdafiəçisinin transferi artıq zərurətə çevrilib:

 

“Qarabağ” ən pis halda Konfrans Liqasının qrupunu artıq təmin edib. Amma komandanın Avroliqanın, hətta ikinci dəfə Çempionlar Liqasının qrupuna düşmək şansı da az deyil. Bunun üçün ən azı tezliklə bir müdafiəçi alınmalıdır. 


Növbəti rəqib Macarıstan “Ferentsvatoş”u cox təhlükəli rəqibdir. Dünən Slovakiya çempionu ilə səfər matçında vurduğu 4 qolla mərhələ adlaması ciddi göstəricidir.

 

Ümumiyyətlə, bu mövsüm “Qarabağ”a ilkin mərhələdən başlayaraq ağır rəqiblər düşür. Deməli, bir daha qeyd edək, tezliklə yeni transferlər olmalıdır. Yoxsa, bu gün uğura aldansaq, sabah ağır məğlubiyyətlər gələ bilər”.


Turan Rzayev,

Sfera.az


OXŞAR XƏBƏRLƏR

“Playboy” modeli göstərişli həyatından imtina edərək fermaya köçdü

Keçmiş “Playboy” modeli Katjira sıx iş qrafikindən yorularaq bağçılıq və əkinçiliklə məşğul olmaq üçüb özünə ferma alıb.   Sfera.az bildiri...

Şokolad haqqında mif dağıdılıb - Bu halda təhlükəsizdir...

London Kral Kollecinin alimləri şokolad yemək və sızanaqlar arasında əlaqə haqqında mifi dağıdıblar.   Sfera.az xəəbər verir ki, bu barədə "BBC&qu...

40 il yatmadan sağ qalmağı bacaran adam - FOTO

Yuxu yaşamaq üçün ən vacib ehtiyaclarımızdan biridir. Bəs, insan 40 il yatmadan həyatına necə sağlam şəkildə davam edə bilər? Sfera.az bildirir ki, Birinci...

Konsentrasiya düşərgəsinin qalığı: Qaranlıq tarixə malik keçmiş ruhi xəstəxana sökülür

Britaniyada 20-ci əsrin əvvəllərində psixiatriya xəstəxanası olan və son vaxtlar şəhərcik kimi istifadə edilən tarixi “Storthes Hall” xəstəxana bina...

Səhvən qonşusunun üstünə su tökən qadın mühakimə olunacaq

Kanadanın Ontario şəhərində yaşayan 58 yaşlı Wendy Washick, uşağı ilə oynayan zaman ehtiyatsızlıqdan qonşusunun sinəsinə su tapançası ilə vurub. İndi o, silahlı...

Bahar Candan azadlığa buraxıldı

Ötən il dələduzluq və çirkli pulların yuyulması ittihamı ilə həbs edilən türkiyəli fenomen Bahar Candan azadlığa buraxılıb.   Sfera.az xəbə...