“Qəbələ” səfərdə “Fehervar”a böyük hesabla məğlub oldu - YENİLƏNİB
“Qəbələ” Macarıstan səfərindən evə əliboş qayıdır.
Sfera.az xəbər verir ki, qarşılaşmanın ikinci hissəsində “Fehervar” “Qəbələ”nin qapısından daha üç top keçirib.
67-ci dəqiqədə A.Rus hesabı 2-1 edib. K.Kodro 74-cü dəqiqədə özünün ikinci, komandasının isə üçüncü topunu vurub. Qarşılaşmanın 86-cı dəqiqəsində M.Musayev “Qəbələ”ni azlıqda qoyub.
Yekun hesabı isə 90-cı dəqiqədə B.Zivzivadze təyin edib. 4:1 hesabı ilə meydan sahibləri təmsilçimizi darmadağın edib.
***
22:11
"Qəbələ"nin futbolçusu İlkin Qırtımov Macarıstanda "Fehervar"a qarşı UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyununda ağır zədə alıb.
Sfera.az xəbər verir ki, rəqib oyunçu ilə toqquşmadan sonra 32 yaşlı müdafiəçinin dili qatlanıb.
Ona ilk yardımı komanda yoldaşı Asif Məmmədov göstərib. "Qırmızı-qaralar"ın kapitanı dərhal müdaxilə edərək, Qırtımovun həyatını xilas edib.
Futbolçu meydançanı xərəkdə tərk edib. Onun əvəzinə oyuna Rüfət Əhmədov daxil olub.
Qeyd edək ki, hazırda matçın birinci hissəsi sona çatıb, hesab 1:1-dir.

***
21:14
UEFA Konfrans Liqasında daha bir Azərbaycan təmsilçisi mübarizəyə başlayıb.
Sfera.az xəbər verir ki, “Qəbələ” komandası II təsnifat mərhələsinin ilk oyununda “Fehervar” kollektivinin qonağıdır.






