Logo

3:2: "Qarabağ" "Sürix"ə qalib gəldi - VİDEO / YENİLƏNİB

3:2: "Qarabağ" "Sürix"ə qalib gəldi - VİDEO / YENİLƏNİB
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bakıda "Qarabağ" və İsveçrənin "Sürix" komandası arasında UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunu keçirilib.

Sfera.az xəbər verir ki, Qarabağ 3:2 hesabla İsveçrə çempionunu məğlub edib.

***

21:25

Bakıda "Qarabağ" və İsveçrənin "Sürix" komandası arasında UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununda daha iki qol vurulub.

Sfera.az xəbər verir ki, 65-ci dəqiqədə Lindrit Kamberi hesab arasındakı fərqi azaldıb.

Bir dəqiqə sonra isə İbrahima Vadji özünün ikinci, "Qarabağ"ın üçüncü qoluna imza atıb.

***

20:41

"Qarabağ" - "Sürix" matçında fərq 2-0-a yüksəlib.

Sfera.az xəbər verir ki, Qarabağın futbolçusu İbrahima Vadji ikinci topu "Sürix"in qapısından keçirib

***

20:17

Bakıda "Qarabağ" və İsveçrənin "Sürix" komandası arasında UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununda hesab açılıb.

Sfera.az xəbər verir ki,  "köhlən atlar" 17-ci dəqiqədə topu rəqib qapısından keçirib.

"Qarabağ"ın qolunu Kadi Borges vurub.

***

20:03

Bakıda "Qarabağ" və İsveçrənin "Sürix" komandası arasında UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunu başlayıb.

Sfera.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşma saat 20:00-da start götürüb.

Görüşü Irfan Peltonun başçılıq etdiyi Bosniya və Herseqovinadan olan hakimlər briqadası idarə edir.

Qeyd edə ki, komandalar arasındakı cavab oyunu iyulun 27-də olacaq.

***

19:02

Bakıda UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununda üz-üzə gələcək "Qarabağ" və İsveçrə "Sürix"inin start heyətləri açıqlanıb.

Sfera.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaq.

"Qarabağ": 1. Şahruddin Məhəmmədəliyev, 5. Maksim Medvedev, 7. Riçard Almeyda, 8. Marko Yankoviç, 10. Abdullah Zubir, 19. Filip Ozobiç, 20. Kadi Borges, 25. İbrahima Vadji, 29. Marko Veşoviç, 44. Elvin Cəfərquliyev, 81. Kevin Medina

Baş məşqçi: Qurban Qurbanov

"Sürix": 25. Brecher (GK) 2 Kamberi 3 Guerrero 6 Aliti 10 Marchesano 16 Hornschuh 19 Boranijaševič 21 Džemaili 22 Gnonto 23 Rohner 31 Kryeziu

Baş məşqçi: Franko Foda

Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Sürix" görüşü saat 20:00-da başlanacaq.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR