Logo

“Qarabağ” ÇL-in II təsnifat mərhələsində “Sürix”lə qarşılaşacaq

“Qarabağ” ÇL-in II təsnifat mərhələsində “Sürix”lə qarşılaşacaq
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Çempionlar Liqasının I təsnifat mərhələsində Polşa çempionu “Lex”i üstələyən “Qarabağ” növbəti raundda “Sürix”lə qarşılaşacaq.

Sfera.az xəbər verir ki, Poznandakı məğlubiyyətin (0:1) əvəzini Bakıda 5:1 hesablı qələbə ilə çıxan Azərbaycan çempionu ilk mərhələdən azad olan İsveçrə təmsilçisinə rəqib olub.“Sürix”lə ilk oyun Bakıda, Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq. Bu, iyulun 19 və ya 20-nə təsadüf edəcək. İyulun 27-dəki matç isə saat 22:00-da Sürixdəki “Letsiqrund” stadionunda keçiriləcək.

Qeyd edək ki, bu cütün məğlubu mübarizəni Avropa Liqasının III təsnifat mərhələsində davam etdirəcək.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR