Logo

Millinin keçmiş hücumçusu karyerasını başa vurdu

Millinin keçmiş hücumçusu karyerasını başa vurdu
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Fluminense"nin hücumçusu Fred futboldan getdiyini açıqlayıb.

Sfera.az xarici mediaya istinadla xəbər verir ki, Braziliya millisinin 38 yaşlı keçmiş futbolçusu bu mövsüm 20 oyun keçirib, 2 qol vurub və 2 məhsuldar ötürmə edib.

Fred karyerası ərzində “Amérika Mineyro”, “Kruzeyro”, “Lion”, “Atletiko Mineyro” və “Fluminense” klublarında çıxış edib. “Lion”un tərkibində hücumçu üçqat Fransa çempionu və ölkə kubokunun qalibi olub. “Fluminense” ilə birlikdə Fred iki dəfə Braziliya çempionu olub.

Fred Braziliya millisində 39 oyun keçirib, 18 qol vurub və 6 məhsuldar ötürmə edib. 2013-cü ildə milli komandanın tərkibində hücumçu Konfederasiyalar Kubokunun qalibi olub.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR