Millimizin futbolçusu rəsmən İsveçrə klubunda
Kateqoriya məlum deyil
Azərbaycan millisinin futbolçusu Renat Dadaşovun yeni klubu müəyyənləşib.
Sfera.az xəbər verir ki, 23 yaşlı hücumçu İsveçrənin “Qrasshopper” klubuna transfer olunub.
Klubun rəsmi saytının yaydığı məlumata görə, tərəflər arasında 2+1 illik sözləşmə imzalanıb.
Qeyd edək ki, bundan öncə müqavilə ilə İngiltərənin “Vulverhempton” klubuna məxsus olan R.Dadaşov son mövsümü icarə əasında Portuqaliya “Tondella”sında keçirmişdi. O, 2020-ci ildə də icarə əsasında “Qrasshopper”də çıxış edib.






