Logo

Klubsuz qalan məşhur futbolçuya köhnə komandası sahib çıxdı 

Klubsuz qalan məşhur futbolçuya köhnə komandası sahib çıxdı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Mançester Yunayted"lə müqaviləsi başa çatan fransalı yarımmüdafiəçi Pol Poqba sabiq klubu "Yuventus"a geri qayıdıb.

Sfera.az xəbər verir ki, bu barədə Turin təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Fransalı yarımmüdafiəçinin tibbi müayinədən keçmək üçün İtaliyada olduğu vurğulanıb. Onun müqavilə imzalayacağı gözlənilir.

Qeyd edək ki, Poqba 2012-2016-cı illərdə "Yuventus"da oynayıb.

Turan Rzayev,

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR