Logo

Futbol yığmamız almanlara qalib gəldi

Futbol yığmamız almanlara qalib gəldi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində (EBSL-2022) növbəti oyununu keçirib.

Sfera.az xəbər verir ki, Portuqaliyanın Nazare şəhərində Almaniya yığması ilə qarşılaşan millimiz 6:5 hesablı qələbə qazanıb.

Hüseyn Axundovun dubl etdiyi oyunda millimizin digər qollarını Amid Nəzərov, Elşad Manafov, Orxan Məmmədov və Elçin Qasımov vurublar.

Komandamız seçmə mərhələdə növbəti oyununu bu gün İspaniya millisinə qarşı keçirəcək.

Millimiz ilk oyunda İtaliya seçməsinə 3:7 hesabı ilə məğlub olub.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR