Logo

Teymur Rəcəbovdan ikinci qələbə

Teymur Rəcəbovdan ikinci qələbə
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycan şahmatçısı Teymur Rəcəbov İspaniyanın paytaxtı Madriddə təşkil olunan İddiaçılar Turnirində bu gün növbəti görüşünü keçirib.

Sfera.az xəbər verir ki, 35 yaşlı qrossmeyster 12-ci turda qara fiqurlarla Dinq Lirenə (Çin) 26-cı gedişdə qalib gəlib. Bu, onun turnirdə 2-ci qələbəsi olub. Hazırda 6 xalı olan təmsilçimiz turnirin qalibi olma şanslarını itirib.

Qeyd edək ki, dairəvi sistem üzrə keçirilən yarış 14 turdan ibarət olacaq. Şahmatçılar bir-biri ilə iki dəfə (ağ və qara fiqurlarla) qarşılaşacaqlar.

Turnirin qalibi dünya şahmat tacı uğrunda norveçli Maqnus Karlsenlə görüşə vəsiqə qazanacaq.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR