Qətər FİFA-ya şərt qoydu – “Dünya çempionatı zamanı azarkeşlər bunları etməsin”
Qətərdə keçiriləcək dünya çempionatı ilə bağlı yenilik sosial mediada müzakirə obyekti olub.
Sfera.az bildirir ki, “The Sun”nın xəbərinə görə, İngiltərə Futbol Assosiasiyasının baş direktoru Mark Bullinqhemin başçılıq etdiyi nümayəndə heyəti danışıqlar üçün Qətərə gedib. Dünya çempionatı rəsmiləri ilə keçirilən görüşdə ölkəyə gələcək homoseksualların cinayət məsuliyyətinə cəlb edilməyəcəyinə və cəzalandırılmayacağına dair razılıq alınıb.
Toplantıdan sonra Qətər rəsmiləri də göy qurşağı bayrağının Qətərin mədəniyyətinə və adət-ənənələrinə hörmət çərçivəsində qaldırıla biləcəyini bildiriblər.
FİFA rəsmiləri qeyd ediblər ki, azarkeşlər nikahdankənar seks və spirtli içkilərə qarşı çox diqqətli olmalıdırlar. Qətərin qaydalarda güzəştə getməyəcəyi barədə xəbərdarlıq edilib.
Həmçinin dünya çempionatı öncəsi, səlahiyyətlilər azarkeşlərə bir gecəlik münasibətə girənləri 7 ilə qədər həbsin gözlədiyini vurğulayıb. Bu isə sosial mediada ciddi narazılığa səbəb olub. Qətərdə keçiriləcək dünya çempionatının baş direktoru Nasser əl-Xatər tənqidlərlə bağlı fikirlərini bu cür ifadə edib: "Hər bir azarkeşin təhlükəsizliyi bizim üçün çox vacibdir. Amma açıq havada “əylənmək” xoş qarşılanmır. Bu, bizim mədəniyyətimizdə yoxdur və hər kəsə aiddir”.
Türkan