Logo

"Qarabağ"ın "Sürix"lə mümkün matçının vaxtı açıqlandı

"Qarabağ"ın "Sürix"lə mümkün matçının vaxtı açıqlandı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Qarabağ"ın UEFA Çempionlar Liqasının II təsnifat mərhələsindəki rəqibi olan İsveçrə "Sürix"i cavab matçının vaxtını açıqlayıb.

Sfera.az klubun rəsmi saytına istinadən xəbər verir ki, iyulun 27-də "Letsiqrund" stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

İlk görüşün vaxtı isə hələ dəqiqləşməyib.

Qeyd edək ki, "Sürix" II təsnifat mərhələsində "Qarabağ" və Polşa "Lex"i arasındakı matçın qalibi ilə qarşılaşacaq. İlk görüş iyulun 5-də Poznanda, cavab qarşılaşması isə 1 həftə sonra Bakıda olacaq.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR