Logo

“Neftçi” və “Qəbələ”nin rəqibləri müəyyənləşdi

“Neftçi” və “Qəbələ”nin rəqibləri müəyyənləşdi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

UEFA Avropa Konfrans Liqasında II təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib.

Sfera.az xəbər verir ki, püşkatma nəticəsində Azərbaycan təmsilçilərinin də rəqibləri müəyyənləşib.

“Neftçi” Kiprin “Aris”, “Qəbələ” Macarıstanın “Fehervar”, “Zirə” isə İsrailin “Makkabi” klubuna rəqib olub.

“Qarabağ” ÇL-də “Lex” səddini keçə bilməsə, Avropa Konfrans Liqasının II təsnifat mərhələsində “Slovan” (Slovakiya) - “Dinamo” (Batumi, Gürcüstan) cütünün məğlubu ilə qarşılaşacaq.

UEFA Avropa Konfrans Liqasında II təsnifat mərhələsinin oyunları 21 - 28 iyulda keçiriləcək.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR