Bakıda qəzaya düşən türkiyəli pilot cərimələndi

Bakıda qəzaya düşən türkiyəli pilot cərimələndi

Türkiyəli pilot Cem Bölükbaşı Beynəlxalq Avtomobil Federasiyası tərəfindən cəzalandırılıb.

 

Sfera.az xəbər verir ki, cəzaya səbəb “Formula-2” dünya çempionatında Bakıda mübarizə aparan 24 yaşlı pilotun atası ilə israilli sürücü Roy Nissaninin məşqçisi arasında dava olub.

 

Belə ki, 16-cı yerdə gedən Çexiyanın “Xarouz” komandasının pilotu Bölükbaşı 12-ci dövrədə Fransanın DAMS komandasının pilotu Nissani ilə toqquşub. Nəticədə hər iki bolid baryerə çırpılaraq mübarizədən kənarda qalıb. Qəzadan sonra Nissaninin “pitdə bir axmaq var”, Cemin isə “mənə o vurdu” deməsi rabitə dialoqlarında eşidilib.

 

İki sürücünün yarışdan kənar qalması incələnib və günahkar Nissani bilinərək ona daha sonrakı yarışa üç sıra geridən başlama cəzası verilib.

 

Bununla belə, Cemin atası Yavuz Bölükbaşı və meneceri Temuçin Ünalp yarışdan sonra DAMS komandasının qarajına gediblər. Nissaninin məşqçisi Françesko Martineslə onlar arasında mübahisə olub. Cemin atası ilə Martines bir-birlərini itələyiblər.

 

Bu səbəbdən FIA Yavuz Bölükbaşının “Formula-2”nin sonrakı mərhələsinə qatılmasını qadağan edib. Cem Bölükbaşıya isə 5 min avro pul cəzası verilib. (oxu.az)


OXŞAR XƏBƏRLƏR

DİM sədrindən abituriyentlərə MÜHÜM MÜRACİƏT 

“İnsanlar istəyir ki, sıfır balla attestat alanlar da ali məktəbə qəbul olunsun”.   Sfera.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (...

Əfv Məsələləri Komissiyasının iclasları yekunlaşır, sənədlər təqdim OLUNACAQ

Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclasları yekunlaşır, sənədlər təqdim olunacaq.   Bu barədə Sfera.az-a Komissiyanın üzvü,...

İlham Əliyev Cəbrayıl rayonunun Böyük Mərcanlı, Karxulu və Sarıcallı kəndlərinin TƏMƏLLƏRİNİ QOYDU

Azərbaycan Prezidenti İlham Əliyev mayın 18-də Cəbrayıl rayonunun Böyük Mərcanlı, Karxulu və Sarıcallı kəndlərinin təməllərini qoyub.   Sfera.az xəbə...

Prezident Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini QOYDU

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 18-də Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoyub.   Sfera.az-ın xəbərinə görə, bu ba...

Rusiya bu ölkəyə şəkər satışını ARTIRACAQ

Qazaxıstan Rusiya ilə əldə etdiyi razılaşmaya əsasən, bu ölkədan idxal etdiyi xam şəkərin miqdarını artıra biləcək.  Sfera.az Rusiya mediasına istinad...

"Bu məsələlər keçid ballarına təsir edəcək" - DİM sədrindən MÜHÜM AÇIQLAMA 

Bu il abituriyentlərin nəticələrinin yüksək olması və açılan iki yeni universitetə qəbul keçid ballarına təsir edəcək.    Sfera.az xəbər verir k...