Güləşçilərimiz AÇ-nin finalına vəsiqə qazandılar

Güləşçilərimiz AÇ-nin finalına vəsiqə qazandılar

Rumıniyanın paytaxtı Buxarestdə güləş üzrə U-17 Avropa çempionatı start götürüb.

 

Sfera.az xəbər verir ki, yarışın ilk günündə yunan-Roma güləşçiləri 5 çəki dərəcəsində mübarizəyə başlayıblar.

 

Təmsilçilərimizdən Elvin İbadov (48 kq) təsnifat mərhələsində rumıniyalı Alberto Marian Enaçeskuya tam üstünlüklə qalib gəlib (8:0), 1/4 finalda türkiyəli Ali Sümbüllə görüşü də vaxtından əvvəl öz xeyrinə yekunlaşdırıb - 13:4. O, yarımfinalda macar Levente Fiqeylə gərgin keçən qarşılaşmadan da qalib ayrılaraq (2:1) finala yüksəlib. Güləşçimiz həlledici görüşdə gürcü Vaxtanq Lolua ilə üz-üzə gələcək.

 

Fəraim Mustafayev (55 kq) 1/8 finalda Mario Andrey Mariuta heç bir şans saxlamayıb - 9:1. O, növbəti görüşlərdə gürcü Saba Surmanidzeni 8:0, ukraynalı Maksim Çubenkonu 9:0 hesabı ilə məğlub edib. F.Mustafayev finalda erməni Hayk Lyudviqyan üzərində də qələbə qazansa, titulunu qoruyacaq.

 

Seymur Qasımov (65 kq) debütdə bolqar Xristiyan Borislavov İvanovu çətinlik çəkmədən üstələyib - 9:1, rumıniyalı Pavel Marian Alekseni də eyni hesabla məğlub edərək yarımfinala yüksəlib. Macarıstanlı Levante Levayla finala vəsiqə uğrunda mübarizə aparan güləşçimiz rəqibini "tuşe" ilə yolundan kənarlaşdırıb. S.Qasımov son qarşılaşmada yunanıstanlı Arionas Kolitsopulosla qızıl medal uğrunda güləşəcək.

 

İsmayıl Rzayev (80 kq) isə əvvəlcə xorvat Dominik Qrqiçə 8:1 hesabı ilə qalib gəlib, daha sonra serbiyalı Branko Dukiçi də yolundan kənarlaşdıraraq (5:1) yarımfinala adlayıb. O, finalın bir addımlığında rumıniyalı Nikolaos Qavril İqnateskudan güclü olub - 5:2. İ.Rzayev həlledici qarşılaşmada moldovalı Mihay Qutuyla mübarizə aparacaq.

 

Nəhayət, Məzahim Mərdanov (110 kq) startda bolqar Maksim Milçev Petrovu (Bolqarıstan) xalçadan məyus yola salıb (3:1), 1/4 finalda erməni Rafayel Tovmasyana "tuşe" ilə qalib gəlsə də, yarımfinalda türkiyəli Cemal Yusuf Bakırla bacarmayıb - 0:8. M.Mərdanov sabah bürünc medal uğrunda görüşə çıxacaq. Rəqib Yeqor Jekov (Moldova) - Dimitrios Tanos (Yunanıstan) görüşünün qalibi olacaq.

 

Qeyd edək ki, bu çəkilərdə medal görüşləri iyunun 14-də Bakı vaxtı ilə 19:00-da başlayacaq.


OXŞAR XƏBƏRLƏR

Nasistlər İkinci Dünya Müharibəsindən sonra Ayda baza qurub?

Bəziləri üçün bu tamamilə doğru, bəziləri üçün tamamilə cəfəngiyatdır. Amma həqiqət nə olursa olsun, nasistlərin Ayda məxfi baza yaratması ehtimalı hələ də mütə...

Kəlbəcərə dolu düşdü - FAKTİKİ HAVA

Azərbaycanda müşahidə edilən faktiki hava açıqlanıb.   Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən məlumata görə, ölkə ərazisində yağıntı...

Zaqataladakı dönərxananın sahibi danışdı: "Özüm də yemişəm, heç bir problem yoxdur"  - VİDEO

Xəbər verdiyimiz kimi, ötən gün Zaqatalada dönərdən kütləvi zəhərlənmə olub. Zəhərlənən şəxslərin hamısının şəhərin müxtəlif dönərxanalarında haz...

Tom Kruz uşaqları ilə nadir fotosessiyaya çəkildi - FOTOLAR

61 yaşlı amerikalı aktyor Tom Kruz böyük uşaqları ilə birlikdə görünüb.   Sfera.az bildirir ki, İzabella (Bella) və Konnor aktyorun Nikol Kidmanla ev...

Kapital Bank hər kəsə 200 AZN verir? - AÇIQLAMA

Sosial şəbəkə platformalarında kiberdələduzlar tərəfindən Səhiyyə Nazirliyinin dəstəyi görüntüsü ilə Kapital Bank adından saxta kampaniyalar həyata keçirilir. ...

Maradonanın “Qızıl top”u hərraca çıxarıldı

Argentinalı futbolçu Dieqo Maradonanın 1986-cı il dünya çempionatında ən yaxşı oyunçu kimi qazandığı “Qızıl top” hərraca çıxarılacaq.   S...