Daha bir idmançı milyarderlər siyahısına düşdü
Kateqoriya məlum deyil
Məşhur ABŞ qolfçusu Tayqer Vuds “Forbes”in milyarderlər siyahısına daxil olub.
Sfera.az bildirir ki, onun, "Los Angeles Lakers" komandasının ulduz basketbolçusu LeBron Ceyms və NBA əfsanəsi Maykl Cordandan sonra milyarderlər klubuna qatılan üçüncü idmançı olduğu qeyd olunub. Vudsun sərvətinin ən azı 1 milyard dollara çatdığı açıqlanıb.
Bildirilib ki, 2012-ci ilə qədər məşhur qolfçu 10 il dalbadal “Forbes”in "Ən yüksək maaş alan idmançılar" siyahısında da birinci olub. Ulduz idmançı qazancının 10 faizindən azını qolfdan qazanır.
Qeyd edək ki, Tayqer Vuds ötən il keçirdiyi yol qəzasından sonra müalicəsi davam etdiyi üçün yarışlardan uzaqlaşıb.
Günay Rəsulqızı
Sfera.az






