Millimiz Avropa çempionu oldu - BİR İLK

Millimiz Avropa çempionu oldu - BİR İLK

Mini-futbol üzrə Azərbaycan milli komandası Slovakiyanın Koşitse şəhərində keçirilən Avropa çempionatında qızıl medal qazanıb.

 

Sfera.az xəbər verir ki, Elşad Quliyevin baş məşqçi olduğu kollektiv finalda Rumıniyanı məğlubiyyətə uğradıb - 1:0.

 

"İdman TV" telekanalı vasitəsilə canlı yayımlanan görüşdə yeganə qolu 25-ci dəqiqədə Seymur Məmmədov vurub.

 

Bununla da Azərbaycan millisi tarixində ilk dəfə qitə çempionu olub.


OXŞAR XƏBƏRLƏR